Bakı dünyanın ən böyük qarışıq döyüş sənətlərinin təbliğatı olan UFC-nin daha bir tədbirinə ev sahibliyi edə bilər.
Bizim.Media FightTime-a istinadən xəbər verir ki, növbəti UFC Fight Night tədbiri iyunun 28-də Azərbaycan paytaxtında keçirilə bilər. Lakin təşkilatın nümayəndələri hələlik tədbiri rəsmi olaraq təsdiqləməyiblər.
Qeyd olunur ki, UFC-nin Bakıdakı tədbirləri illik tədbirə çevrilə bilər. Xatırladaq ki, liqanın Azərbaycandakı debüt tədbiri 21 iyun 2025-ci ildə Kristal Zalda baş tutub. Əsas yarışda yarımağır çəkidə amerikalı Xəlil Rauntri Camal Hilli yekdil qərarla məğlub edib.
Turnirdə Azərbaycanlı döyüşçülər Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də mübarizə aparıblar.
İlk iki döyüşçü İqnasio Bahamondesi (Çili) və Nikolas Mottanı (Braziliya) məğlub edib, Musayev isə Mıktıbek Orolbayevə (Qırğızıstan) məğlub olub.
Rəşad Rafiqoğlu, Bizim.Media