“Qalatasaray” hücumçusu Viktor Osimhenin transfer dəyərini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı futbolçu üçün 150 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qalatasaray” Osimheni “Napoli”dən 75 milyon avroya transfer edib. Forvard bu mövsüm “sarı-qırmızılar”la 27 oyunda 18 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Osimhenin adı PSJ, “Barselona”, “Yuventus” kimi klublarla hallanır.
Bizim.Media