“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi son olaraq "Porto"nun B komandasında oynayan Rodriqo Fernandeşlə anlaşıb.
25 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Rodriqo "Sportinq"in yetirməsidir.
Bizim.Media