“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında 899-cu qolu vurub.
Bizim.Media xəbər verir ki, 38 yaşlı futbolçu ABŞ-ın MLS çempionatının müntəzəm mövsümündə “Di Si Yunayted”ə qarşı keçirilən oyunda (2:1) fərqlənib.
Görüşün ikinci hissəsində vurulan bu qol matçın hesabını 2:0 edib.
Bu qol Messinin klub səviyyəsində vurduğu 784-cü qol olub.
Argentinalı futbolçunun ölkə yığmasının heyətində isə 115 qolu var.
Bizim.Media