Müharibənin 9-cu günü: İsrail İranın 3 neft anbarını raketlə vurdu - FOTO/VİDEO

ABŞ, İsrail və İran arasında davam edən müharibə 9-cu gününə daxil olarkən qarşılıqlı hücumlar bölgədə gərginliyi daha da artırıb. İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani döyüşlər zamanı bir sıra ABŞ əsgərlərinin əsir götürüldüyünü iddia edib.

Bizim.Media xəbər verir ki, İsrail isə İranın iqtisadiyyatında mühüm rol oynayan üç neft anbarını raketlərlə vurduğunu bildirib. Hücumdan sonra Tehranda böyük yanğınların baş verdiyi müşahidə olunub.

İranın rəsmi nümayəndəsi Əli Laricani bildirib ki, münaqişə başlayandan bəri bəzi ABŞ hərbçiləri əsir götürülüb. Lakin o, neçə nəfərin əsir alındığı və hansı şəraitdə tutulduqları barədə konkret məlumat verməyib.

İranlı rəsmidən sərt açıqlamalar

Laricani ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi addımlarını “beynəlxalq miqyasda böyük hesab səhvi” adlandırıb. O, İran dövlət televiziyasına müsahibəsində bildirib ki, Vaşinqton administrasiyası İranda qısa müddətdə nəticə verəcək bir müharibə planlaşdırıb, lakin bu planlar özünü doğrultmayıb.
 

Onun sözlərinə görə, ABŞ rəhbərliyi İranda tez qələbə qazanacağını düşünür və ölkədə xaos yaratmaq üçün İranın dini lideri ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planlaşdırıb.


Laricani bu planların uğursuz olduğunu və İran hakimiyyəti ilə xalqın müharibə qarşısında birlik nümayiş etdirdiyini bildirib.

İsrail İranın 3 neft anbarını vurdu

Laricaninin açıqlamaları gündəmdə geniş rezonans doğurarkən, gecə saatlarında İsrailin hücumları da davam edib. İsrail qüvvələrinin Tehranda yerləşən neft anbarlarına zərbələri nəticəsində partlayışlar baş verib və böyük alovların yüksəldiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Tehrandakı neft anbarlarının yanması əks olunub. Alovların şəhərin uzaq hissələrindən də göründüyü qeyd edilir.
 

Fars xəbər agentliyinə danışan və adı açıqlanmayan Neft Nazirliyi rəsmisi hücum zamanı Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.


İranın Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, ABŞ və İsrail hücumları zamanı vurulan anbarlardakı yanacaq ehtiyatı əvvəlcədən minimum səviyyəyə endirilib və ölkənin yanacaq təchizatı digər mənbələr hesabına davam etdirilir.

Müharibənin gedişi

İsrail və ABŞ 28 fevralda, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb.

İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.
 

ABŞ və İsrailin hücumları nəticəsində İranın dini lideri ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin öldüyü bildirilir.


İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə ABŞ-İsrail hücumları nəticəsində 926 nəfərin həyatını itirdiyini açıqlayıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

End of content

No more pages to load

RADİO