Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.
“Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Bu komandalar arasında Şamaxıda keçirilən ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlib.
Daha öncə “Sumqayıt”ı iki oyunda üstələmiş (0:0, 2:0) “Zirə” ilk yarımfinalçı olub. Qalan oyunlar sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
4 mart
19:00. Qarabağ – Şamaxı
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:2.
Bizim.Media