Azərbaycanın U-21 millisinin sabiq üzvü Dmitri Nağıyev karyerasına Qırğızıstanda davam edəcək.
Bizim.Media xəbər verir ki, o, bu ölkənin yüksək liqa təmsilçisi “Toktoqul” klubuna keçib.
Nağıyevlə 1 illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu “Dnepr”, “Qarabağ”(Vyana), “Sumqayıt”, “Kova da Piedad”, “Stumbras”, “Dinamo-Avto”,”İnqulets”, “Obolon”, “Minay” klublarında da oynayıb. O, son mövsümü Qırğızıstanın digər təmsilçisi “Ozgon”da keçirmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media