"Neftçi"nin sabiq futbolçusu Mamadu Mbodj yenidən Qazaxıstanda oynayacaq.
Bizim.Media xəbər verir ki, 32 yaşlı müdafiəçi "İrtış"la anlaşıb. O, Qazaxıstan klubu ilə 1 illik müqavilə imzalayıb.
Mbodj karyerası ərzində "Srvena Zvezda", "Napredak"(hər ikisi Serbiya), "Jalqris"(Litva), "Neftçi", "Ordabası"(Qazaxıstan), "Hapoel Hadera"(İsrail) və "Tan Hoa"(Vyetnam) klublarında oynayıb.
Seneqallı 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media