Hər 10 yeniyetmədən biri psixi problem yaşayır - Günahkar sosial şəbəkələrdir, yoxsa..?

Dünyada hər 10-cu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır. Rəqəmsal texnologiyanın mənfi təsiri gənclərin sağlamlığı üçün böyük narahatlıq doğurur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Qeyd olunub ki, ÜST-nin Avropa Regional Bürosunun yeni məlumatları yeniyetmələr arasında problemli sosial mediadan istifadənin 2018-ci ildəki 7%-dən 2022-ci ildə 11%-ə qədər kəskin artdığını göstərib. Bundan əlavə, yeniyetmələrin 12%-i rəqəmsal oyunlarla bağlı problemli davranış riski altındadır.

ÜST ekspertləri bildiriblər ki, hesabatda sosial mediadan problemli istifadə asılılıq əlamətləri ilə xarakterizə olunan davranış nümunəsi kimi müəyyən edilib.

Təşkilat qeyd edib ki, təqdim olunan məlumatlar 2022-ci ildə Avropa, Mərkəzi Asiya və Kanadada 11, 13 və 15 yaşlı təxminən 280 min uşaq və yeniyetmənin iştirak etdiyi “Məktəb yaşlı uşaqların sağlamlıq davranışı” araşdırmasının bir hissəsi kimi əldə edilib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, son illərdə sosial şəbəkələrin sürətlə yayılması yeniyetmələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

“Bu platformalar ünsiyyət, məlumat mübadiləsi və özünüifadə üçün geniş imkanlar yaratsa da, onların psixi sağlamlığa mümkün mənfi təsirləri ilə bağlı narahatlıqlar da artmaqdadır. Müasir araşdırmalar göstərir ki, sosial media bəzi hallarda yeniyetmələrdə emosional və psixoloji problemlərin yaranmasına səbəb ola bilir. 13–17 yaş arası yeniyetmələrin təxminən 95%-i sosial şəbəkələrdən istifadə etdiyini bildirir və onların əksəriyyəti gündə bir neçə saatını bu platformalarda keçirir.

Aparılan tədqiqatlara əsasən, yeniyetmələrin təxminən 19%-i sosial medianın onların psixi sağlamlığına mənfi təsir etdiyini düşünür. Bu isə hər 5 yeniyetmədən birinin bu təsiri hiss etdiyini göstərir. Ümumilikdə isə gənclərin hər 10 nəfərindən biri sosial media səbəbilə psixoloji çətinliklər yaşadığını qeyd edir”.

Müsahibimiz sosial mediadan uzun müddət və nəzarətsiz istifadənin yaratdığı problemləri də sadalayıb:

“Narahatlıq və depressiya simptomları, yuxu pozuntuları və xroniki yorğunluq, özünə inamın azalması və sosial təcrid bu problemlərdən bəziləridir. Sosial şəbəkələrdə əsasən həyatın “ideal” tərəflərinin paylaşılması yeniyetmələrdə sosial müqayisə meylini gücləndirir. Bu müqayisə gənclərin bir çoxunun özlərini başqalarından geri qalırmış kimi hiss etmələrinə və nəticədə özünə aşağı səviyyəli  hesab etmələrinə səbəb olur.

Araşdırmalar göstərir ki, problem təkcə ekran vaxtının uzunluğu deyil, həm də sosial mediaya psixoloji bağlılıq və kompulsiv istifadədir. Bu hallar beyində motivasiya mexanizmlərini dəyişərək davranış asılılığına bənzər təsir yaradır və yeniyetmələrin emosional tarazlığını poza bilir. Xüsusilə “TikTok” və “Instagram” kimi platformalarda yayılan “ideal bədən”, “mükəmməl həyat” və “uğur” görüntüləri yeniyetmələrdə bədən imici ilə bağlı narahatlıq, özlərini qeyri-kafi hiss etmə və özünə inam itkisi yaradır. Bu da emosional gərginliyi daha da artırır”.

Nə etməli?

Abbas Bağırov onu da əlavə edib ki, tədqiqatlarda orta və yüksək səviyyədə sosial media istifadə edən yeniyetmələrdə psixososial problemlərin 16–19% daha çox müşahidə edildiyi qeyd olunur:

“Sosial media özlüyündə zərərli olmasa da, aşağıdakı tədbirlər riskləri azalda bilər: Valideyn nəzarəti və açıq ünsiyyət, rəqəmsal savadlılığın artırılması, ekran vaxtına limitlərin qoyulması, real sosial münasibətlərin təşviqi. Sosial şəbəkələr yeniyetmələrin həyatında mühüm rol oynayır, lakin nəzarətsiz və kompulsiv istifadə psixi sağlamlığa ciddi zərər vura bilər.

Ən böyük risklər zorbalıq, sosial müqayisə və psixoloji asılılıq ilə bağlıdır. Bu səbəbdən, ailə, məktəb və cəmiyyət səviyyəsində profilaktik tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır”.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

End of content

No more pages to load

RADİO