Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç böyük ehtimalla "Qarabağ"ın heyətində son mövsümünü keçirir.
Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçu Çin, Səudiyyə Ərəbistanı və Yaponiya klublarından təkliflər alıb.
Gözlənilir ki, 2026/27 mövsümünün sonunadək “Qarabağ”la müqaviləsi olsa da, Yankoviç artıq bu yay adıçəkilən ölkələrdən birinin klubuna keçəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media