İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, London təmsilçisi Bukayo Sakanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"In yetirməsidir. 24 yaşlı vinger bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media