Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları start götürür.
Bizim.Media xəbər verir ki, 8 qarşılaşmadan dördü saat 21:45-də, qalan yarısı 00:00-da başlayacaq. Ən maraqla gözlənilən oyunlardan biri İstanbulda baş tutacaq. “Fənərbağça” İngiltərə Premyer Liqa təmsilçisi “Nottingem Forest”i sınağa çəkəcək. “Seltik” – “Ştutqart” görüşü
də gərgin keçməlidir.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21:45. “Brann” (Norveç) – “Bolonya” (İtaliya)
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)
21:45. “Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)
21:45. PAOK (Yunanıstan) – “Selta” (İspaniya)
00:00. “Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya)
00:00. “Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
00:00. “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
00:00. “Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 26-da keçiriləcək.
Bizim.Media