Futbol üzrə Azərbaycan I Liqasında XV tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Baku Sportinq" səfərdə "Cəbrayıl"ı 2:1 hesabı ilə məğlub edərək lider "Şəfa" ilə xallarını bərabərləşdirib. "Səbail" isə MOİK-ə məğlub olub.
I Liqa, XV tur
18 fevral
MOİK - "Səbail" 1:0
Qol: B.Soltanov, 33
"Cəbrayıl" - "Baku Sportinq" 1:2
Qollar: H.Hüseyn, 56 - İ.Allahverdiyev, 26, E.Abdullayev, 34
Rəşad Rafiqoğlu, Bizim.Media