İspaniyanın “Real” klubunun futbolçusu Arda Güler “Benfika” ilə matçdan qabaq diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi qarşılaşmadan əvvəl isinmə zamanı tribunadakı sevgilisi Duru Nayman ilə telefon vasitəsilə görüntülü danışarkən görüntülənib.
Həmin anlar tribunada olan azarkeş tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.
Qısa müddətdə geniş yayılan görüntülər böyük maraq doğurub və futbolsevərlər tərəfindən “romantik anlar” şərhləri ilə gündəmə gətirilib.

Bizim.Media