Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk turunda bu gün İngiltərə təmsilçisi “Nyukasl”la qarşılaşacaq “Qarabağ”a dəstək olub.
Bizim.Media xəbər verir ki, mütəxəssis bu barədə İtaliyanın “Yuventus” klubuna 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında danışıb.
O, Ağdam klubuna uğurlar arzulayıb, türk azarkeşləri Azərbaycan çempionunu dəstəkləməyə çağırıb:
“Həmkarım Qurban Qurbanova çətin matçda uğurlar arzulayıram. Ürəyimiz “Qarabağ”la döyünəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Bizim.Media