"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Nyukasl"ı qəbul edəcək.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxıb.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" qarşılaşması sabah saat 21:45-də start götürəcək.
Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.










Rəşad Rafiqoğlu, Bizim.Media