"Nottingem Forest" futbol klubu Vitor Pereyranın baş məşqçi təyin olunduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, 57 yaşlı portuqaliyalı mütəxəssis 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
"Fənərbağça"nın keçmiş çalışdırıcısı Pereyra "Nottingem Forest"in cari mövsümdəki dördüncü baş məşqçisidir. Ondan əvvəl bu vəzifədən Nuno Eşpiritu Santu, Angelos Postekoqlu və Şon Deyç istefaya göndəriliblər.
Hazırda komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdə qərarlaşır.
Bizim.Media