“Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir?”
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, bu gün “İmişli” komandasına qarşı Misli Premyer Liqasında keçirilən matçdan (1:0) sonra oyunun keçirildiyi Quba şəhər stadionunun meydançasından narazılıq edib. 53 yaşlı mütəxəssis bu zaman “İmişli” klubuna da etirazını bildirib.
“Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”- deyə o qeyd edib.
Bizim.Media