“Benfika”nın baş məşqçisi Joze Mourinyo məşqçi kimi inkişafında ən böyük pay sahibi olan futbolçunun adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Transfer News Live" X sosialı şəbəkə hesabı yazıb.
Portuqaliyalı mütəxəssis bildirib ki, bu, hazırda "İnter Mayami"də çıxış edən “Barselona”nın sabiq hücumçusu Lionel Messidir.
- Hansı futbolçu sizin məşqçi kimi inkişafınıza daha çox kömək edib?
- Messi.
- Niyə məhz o?
- Çünki "Barselona"ya qarşı oynadığımız hər matçda məni diqqətimi tam şəkildə onun üzərində cəmləməyə və çox düşünməyə məcbur edirdi.
Bizim.Media