"Zirə" legionerlərindən biri ilə yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Rafael Utziqə yeni müqavilə təklif etməyəcək.
29 yaşlı vinger mövsümün əvvəlində Vyetnamın "Çonq An" klubuna icarəyə verilib. O, özünü Asiyada yaxşı tərəfdən göstərsə belə, ona müqavilə təklif edilməyəcək.
Qeyd edək ki, Utziq daha əvvəl “Parana”, “Qəbələ”, “Çanqam Asan” klublarında oynamışdı.
Bizim.Media