“Zirə” yeni futbolçuyla anlaşıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Anatoli Nuriyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media