UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" (İngiltərə) qarşılaşmasına bilet satışı davam edir.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 18 750 bilet satılıb.
Xatırladaq ki, bu həyəcan dolu matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.
Bizim.Media