Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Super Liqa təmsilçisini İlhan Palut çalışdıracaq. Bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İlhan Palutun son iş yeri "Rizespor" olub. "Konyaspor" isə ötən gün Çağdaş Atanla yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media