"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzub.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyun idi. Bizim üçün çox ciddi nəticə oldu. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar.

- Məğlubiyyətin səbəbi nədir?

- "Şamaxı" yaxşı oynadı və qalib gəldi.

- Dumanlı havanın oyuna təsiri oldu?

- İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.

- Jeremi Nqalini hansı mövqedə oynatmağı düşünürsünüz?

- Müdafiəçi kimi gətirmişik.

- "Neftçi" sizinlə oyunun təxirə salınmasına razı olmadı və bu geniş müzakirələrə səbəb oldu. Siz bu müzakirələrin olmasını normal hesab edirsiz?

- Sosial şəbəkələrdə olmuram. Ümumiyyətlə, hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. "Nyukasl"la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik.
 

Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var.


Başa düşürəm. Amma bu vaxta kimi olub. "Neftçi"nin özü ilə oyunun ya yerini dəyişdirmişik ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

- "Nyukasl"ın oyununda hansısa diqqət çəkən məqamlar var?

- Çoxdur. Özlərinə xas oyun üslubları var. Çox bərk komandadır. İlk prinsipləri rəqibə oynamağa imkan verməməkdir. Onlar da bizimlə oyuna çox istəkli hazırlaşacaqlar.

- "Neftçi"dən neqativ cavab gözləyirdiniz?

- Buna neqativ cavab deməzdim. Sadəcə "yox" deyiblər. Sadəcə bildiriblər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar.

Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik. (sportal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

DİN yayılan görüntülərə AYDINLIQ GƏTİRDİ - Polislər işdən çıxarıldı

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzində - FOTO

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

"Avroviziya-2026": Azərbaycan üç namizəd arasında seçim edəcək

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

“Bavariya” millinin üzvü ilə müqaviləni UZATDI

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO