Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.
Bizim.Media xəbər verir ki, ilk olaraq "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.
Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda "Sabah" - "Qəbələ" duelinin (ilk oyun - 0:0) güclüsü ilə görüşəcək.
Saat 19:00-da isə "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq. Oyun "Azərsun Arena"da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.
Bizim.Media