Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunları start götürəcək.

Bizim.Media xəbər verir ki, mötəbər turnirin ilk günündə körlinq yarışları keçiriləcək.

Birinci turda İsveç – Cənubi Koreya, Böyük Britaniya – Norveç, Kanada – Çexiya və Estoniya – İsveçrə görüşləri baş tutacaq. Oyunlar Bakı vaxtı ilə saat 22:05-də başlayacaq.

Qış Olimpiadasında Azərbaycan da təmsil olunacaq. Dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev nüfuzlu yarışda qüvvələrini sınayacaqlar.
 
Azərbaycan indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. O vaxtdan bəri ölkəmiz bütün Qış Olimpiya Oyunlarına qatılsa da, hələlik fəxri kürsüyə yüksələn idmançımız olmayıb.

İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.
 
Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.

Qeyd edək ki, “Milano–Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir

"Ad günümün səhəri öyrəndim ki, xərçəng xəstəsiyəm" - Müğənni göz yaşı tökdü - VİDEO

Bu gün Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları başlayır

Həmkarları rüşvət alan hakimə güzəşt ETMƏDİ

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Eldar bu ölkə üçün "Avroviziya" seçimlərində - FOTO

Kərimov qardaşlarının Rumıniya macəraları - Çoxsaylı mülklər necə əldə edilib?

“Nyukasl” “Qarabağ”la Bakıda keçirəcəyi oyun üçün biletlərin qiymətini açıqladı

Bakı Texniki Kollecindən tələbələrdən qiymətə görə pul tələb olunması iddialarına CAVAB - VİDEO

İranda etirazlar zamanı 50 mindən çox adam həbs edilib

"Dərmanların içlik vərəqini oxumağa səbri çatmayanların sinirində problem var” - Farmakoloq

Bakıda 64 yaşlı kişi dəm qazından boğuldu

Çin avtomobili aldı, qüsurlu çıxdı — Maşın özünü divara çırpır – VİDEO

Azərbaycana Sibirin soyuğu gəldi - Çovğun müşahidə EDİLİR - RƏSMİ

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı - Şok məktub

İyundan bağlamaları yeni qaydada bəyan etməliyik – XƏBƏRDARLIQ

İsrail tamamilə qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

Sabah Bakıya qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Azərbaycan-BƏƏ münasibətlərində YENİ SƏHİFƏ – Hərbi əməkdaşlığın STRATEJİ PERSPEKTİVLƏRİ

Azərbaycan-BƏƏ münasibətlərində YENİ SƏHİFƏ – Hərbi əməkdaşlığın STRATEJİ PERSPEKTİVLƏRİ

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarına start veriləcək

Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

Kolumbiya prezidenti xaricdə yaşayan narkobaronların siyahısını Trampa VERDİ

End of content

No more pages to load

RADİO