Bu gün Topaz Premyer Liqasında IX turun oyunları keçirilib.
Məlumata görə, keçirilən matçlar autsayderlərin qarşılaşmaları ilə əlamətdar olub.
AZAL doğma meydanda “Bakı”ya minimal hesabla məğlub olub.
6 matçlıq qələbəsizlik yaşayan “Araz-Naxçıvan” “Simurq”un qonağı olub. Zaqatala təmsilçisi qonaqları 4 cavabsız qolla darmadağın edib.
Beləliklə, “Simurq”a 4:0 hesabı ilə uduzuzan “Araz-Naxçıvan” qələbəsizlik seriyasını 7-yə çatdırıb.
Qeyd edək ki, Topaz Premyer Liqasında IX turun açılış günü “Qəbələ” evdə “Sumqayıt”la üz-üzə gəlib. Görüşdə əyalət təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Turun digər oyunları sabah keçiriləcək.(anspress)