“Səbail” dövrələrarası fasilədə növbəti futbolçunu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, I Liqa təmsilçisi Raul Məmmədovu rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycanın U-21 millisinin üzvü olan mərkəz müdafiəçisi mövsümün sonuna qədər "Səbail"də icarə əsasında çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media