"Sabah" yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə Premyer Liqa klubunun heyətində 54 oyun keçirib.
Bizim.Media