“Formula-1” üzrə yeddiqat dünya çempionu və əfsanəvi alman avtomobil yarışçısı Mixael Şumaxer artıq tibb bacıları və terapevtlərin köməyi ilə əlil arabasında hərəkət edir.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail nəşri yazıb.
Qeyd olunur ki, o, uzun müddət yataq xəstəsi olub.
Xatırladaq ki, 2013-cü ildə Şumaxer xizək sürərkən ağır kəllə-beyin travması almışdı. Uzun müddət o, yatağa məhkum edilmiş və süni tənəffüs aparatına qoşulu vəziyyətdə saxlanılmışdı.
Bizim.Media