Niderland Erediviziyasında 20-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, turun açılış matçında Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Ayaks"a 0:2 hesabı ilə məğlub olub.
Kökçü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını artıran "Ayaks" turnir cədvəlində 2-ci pillədəki yerini möhkəmlədib. "Volendam" isə 17 xalla turnir cədvəlində təhlükəli zonada, 15-ci pillədə qərarlaşıb.
Bizim.Media