Misli Premyer Liqasında 17-ci tur davam edir.
Bizim.Media xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.
"Qarabağ" evdə "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların 1-ci dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti qeydə alınıb.
Qeyd edək ki, "Şamaxı" "Qəbələ"ni qəbul edib. Görüşdə "Qəbələ" 4:0 hesabı ilə üstün olub.
24 yanvar (şənbə)
16:30. “Qarabağ” – “Kəpəz” - 0:2
Qol: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
Bizim.Media