Boks üzrə Azərbaycan çempionatında 2-ci günün döyüşləri keçirilib.
Bizim.Media Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 33 komandanın qatıldığı yarışda 24 görüş baş tutub.
50 kq, 55 kq, 75 kq və +90 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Nicat Hüseynov, Zəlimxan Süleymanov və Amin Məmmədzadə də yer alıb.
Həmçinin, kişilər arasında Azərbaycan çempionatında debüt edən Zidan Hünbətov, Abbasqulu Şadlinski və Səbuhi Əlizadə ilk görüşünü qələbə ilə başa vurublar.
Çempionatın 3-cü günündə də 24 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.
Bizim.Media