"Turan Tovuz" "Dinamo"nun futbolçusu Şamil Hacıyevin xidmətində maraqlı olmayıb.
Bizim.Media xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa klubunda baxışda olub.
Lakin Kurban Berdiyevin etimadını qazana bilməyən Hacıyevlə müqavilə imzalanmayıb. Ona görə də, futbolçu "Dinamo"ya geri qayıdıb.
Qeyd edək ki, Şamil Rusiya Premyer Liqasında mübarizə aparan “Dinamo”nun (Maxaçqala) futbolçusudur və mövsümün sonuna qədər bu klubla müqaviləsi qüvvədədir. O, həmin klubun prezidenti Hacı Hacıyevin oğludur.
Bizim.Media