Bu gün Misli Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Bizim.Media xəbər verir ki, ölkə çempionatının XVII turun ilk oyunları bu gün keçiriləcək.
"İmişli" Qubada "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Neftçi" isə "Zirə" ilə qarşılaşacaq.
Misli Premyer Liqası
XVII tur
23 yanvar
14:30 "İmişli" - "Araz-Naxçıvan"
Baş hakim: İnqilab Məmmədov
Quba OİK stadionu
19:00 "Neftçi" - "Zirə"
Baş hakim: Fərid Hacıyev
“Palms Sports Arena”.
Bizim.Media