“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, MLS klubları polşalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. MLS-də adı açıqlanmayan iki klub Levandovskini heyətinə qatmaq istəyir.
“Barselona” ilə müqaviləsi mövsümün sonuna kimi olan forvard hələ qərarını verməyib.
37 yaşlı futbolçu bu mövsüm 32 oyunda 11 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media