UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində İngiltərədə “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın səfər planı açıqlanıb.
Bizim.Media xəbər verir ki, “Qarabağ” yanvarın 26-da günorta saatlarında İngiltərəyə yola düşəcək.
Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı isə səfərdən bir gün sonra keçiriləcək. Qarşılaşma üçün “Qarabağ” azarkeşlərinə ümumilikdə 1250 yer ayrılıb.
Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Qarabağ”ı qəbul edəcək.
“Enfild” stadionunda baş tutacaq qarşılaşma yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media