“Karvan-Yevlax” klubu daha bir legioneri ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, komandanı portuqaliyalı yarımmüdafiəçi Vitor Roşa tərk edib.
Futbolçunun klubla mövsümün sonunadək müqaviləsi olsa da, baş məşqçi Füzuli Məmmədov onun xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, daha əvvəl “Karvan” iranlı futbolçu Səid İranhahla müqaviləni pozmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media