Afrtika millətlər kubokunda finalçılar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ikinci yarımfinal oyununda Nigeriya və Mərakeş milliləri qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə
mərakeşlilər 4:2 hesabı ilə qalib gələrək finala çıxıblar.
Turnirin finalında Mərakeş, digər yarımfinalda Misiri 1:0 hesabı ilə məğlub etmiş Seneqal ilə qarşılaşacaq. Bürünc medal uğrunda görüş yanvarın 17-də, final isə bir gün sonra, yanvarın 18-də keçiriləcək.
Bizim.Media