İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Xabi Alonsonun Madrid “Real”ındakı vəzifəsindən ayrılmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis bu qərarın detalları barədə məlumatının olmadığını deyib.
“Bu vəziyyətlə bağlı çox məlumatım yoxdur. Qərarın Xabinin özü tərəfindən verildiyini, yoxsa klubun qərarı olduğunu bilmirəm.
Ona görə də fikir bildirmək çətindir. Qərar necə olursa-olsun, Xabiyə yalnız ən yaxşısını arzulayıram. O, əla insandır və inanılmaz məşqçidir. Əminəm ki, gələcəkdə nə edərsə, bunu ən yüksək səviyyədə edəcək”, – deyə Arteta “Arsenal”ın mətbuat xidmətinə bildirib.
Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də Madrid “Real”ının baş məşqçisi vəzifəsini tərk edib.
Bizim.Media