“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges yenidən yaşıl meydanlara qayıdıb.
Bizim.Media xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə futbolçunun uzun müddətdir davam edən reabilitasiya dövrünü uğurla tamamladığı bəlli olub.
Onun fərdi məşqlərə başladığı və ingiliscə “come back” (qayıtdım) deyərək qayıdışını qeyd etdiyi görünür.
Xatırladaq ki, futbolçu ötən ilin noyabrında UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi.
Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.
Bizim.Media