"İmişli" hücumçu İbrahim Əliyevlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İbrahim Əliyev mövsümün ilk yarısında "İmişli"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media