Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşanın "Motor” klubunun transfer bazarına çıxarmasından sonra yeni komanda axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu "Qarabağ" daxil olmaqla bir neçə kluba təklif edilib.
Amma Ağdam klubu bu transferə maraq göstərməyib. Azərbaycan çempionu onu heyətinə qatmaq istəməyib.
26 yaşlı forvardın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Dadaşov karyerası ərzində “Eştoril”, “Vulverhempton”, “Pakoş de Ferreyra”, “Qrasshoppers”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarında oynayıb.
Biizm.Media