Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.
Bizim.Media kluba istinadən xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq.
Oyun yanvar 9-na planlaşdırılıb. Görüş yerli vaxtla saat 19:00-da keçiriləcək.
“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.
Bizim.Media