"Çelsi"nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın 19-cu turunda "Bornmut"la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra mətbuat konfransında iştirak etməyib.
Bizim.Media xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis səhhətində yaranan narahatlıq səbəbindən jurnalistlərin suallarını cavablandıra bilməyib.
Qeyd edək ki, London təmsilçisi sözügedən qarşılaşmada aut atışlarından sonra qapısında iki qol görüb.
Xatırladaq ki, "Çelsi" son 9 oyunda cəmi 2 qələbə qazanıb. Komanda növbəti matçını yanvarın 4-də səfərdə "Mançester Siti"yə qarşı keçirəcək.
Bizim.Media