Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Rüfət Abdullazadə ilə danışıq aparır.
Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir. Xorvatiyanın “Varajdin” klubunda çıxış edən Abullazadə mövsümün ikinci yarısını yüksək ehtimalla Azərbaycanda davam etdirəcək.
O, icarə əsasında Gəncə təmsilçisində forma geyinməyə yaxındır.
Futbolçu cari mövsüm Xorvatiya təmsilçisində 10 oyun keçirib və bir qol vurub, iki assist edib.
Rəşad Rafiqoğlu, Bizim.Media