“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunkuya maraq göstərir. İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko futbolçu ilə əlaqə saxlayıb. Tedesko Nkunkunu “Leyptsiq”dəki birgə işindən tanıyır.
Bizim.Media xəbər verir ki, mütəxəssis futbolçuya yenidən birlikdə çalışmağı təklif edib və fransız buna müsbət cavab verib.
İndi vəziyyət iki klub arasında aparılacaq danışıqlardan asılıdır. Bu mövsüm Nkunku A Seriyasında 12 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçu bu yay “Milan” tərəfindən “Çelsi”dən 37+5 milyon avroya transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media