"Kəpəz"in qış hazırlıq planı bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb. Beləliklə, kollektiv yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına başlayacaq.
Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq.
Gəncə təmsilçisi yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ” komandası ilə, ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la üz-üzə gələcək.
Bizim.Media