Türkiyənin Superliqa təmsilçisi "Fatih Karagümrük" yeni baş məşqçisini açıqlayıb.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi komandanı serbiyalı mütəxəssis Aleksandar Stanojeviçə tapşırıb. Klub rəhbərliyi bu təyinatdan öncə Marsel Liçka ilə yollarını ayırdığını açıqlayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl 2023/2024 mövsümündə Superliqada "Konyaspor"u da çalışdırıb. Klubun yaydığı rəsmi açıqlamada onun karyerası ərzində "Partizan"la qazandığı liqa çempionluqları və kubok zəfərlərinə xüsusi diqqət çəkilib.
Bizim.Media