"Mançester Siti" futbolçusu Natan Akenin gələcəyi ilə bağlı qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
"Şəhərlilər" 29 yaşlı müdafiəçi ilə yolları ayırmaq qərarına gəliblər. Klub niderlandlı oyunnçunu satışa çıxarıb. O, "Real"a təklif olunub. Bildirilib ki, İngiltərə klubu Ake üçün 30 milyon avro tələb edir. Onunla "Barselona" da maraqlanır.
Qeyd edək ki, Natan Ake 2020-ci ilin yayından "Mançester Siti"nin formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizim.Media